İsrailə 7 oktyabr hücumunun daha bir təşkilatçısı öldürülüb

İsrailə 7 oktyabr hücumunun daha bir təşkilatçısı öldürülüb
  29 Aprel 2025    Oxunub:244
İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəzza zolağına aviazərbələri nəticəsində Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının "Nüxbə" qoşunlarının ali rütbəli komandiri Səid Əbu Həsnan ölüb.
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, o, 2023-cü ilin 7 oktyabrında İsrailin Kissufim kəndinə hücumun təşkilatçısıdır.

Aviazərbələrdə həmçinin HƏMAS-ın əməliyyat komandiri Mustafa Əl-Mütəvvəq ilə Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin üzvü Əli Nəddal da zərərsizləşdiriliblər.

Onların İsrail dövlətinə və xalqına qarşı müxtəlif terror cəhdlərində aparıcı rol oynadıqları diqqətı çatdırılır.
Uşaq bağçasının altında tunel tapılıb - VİDEO

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi aradan götürülüb

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   komandir  





Xəbər lenti