Misirdən İsrailə silah keçirilməsinin qarşısı alınıb

   Misirdən İsrailə silah keçirilməsinin qarşısı alınıb
  29 Aprel 2025    Oxunub:329
İsrail hərbçiləri gecə saatlarında Misirdən ölkə ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə silahların – 10 avtomat tüfəngin qaçaqmalçılıqla keçirilməsinin qarşısını alıblar.
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, silahları daşıyan PUA Sərhəd Müdafiə Korpusunun hərbçiləri tərəfindən vurularaq salınıb. Sıradan çıxarılan PUA və silahlar təhqiqat üçün götürülüb.

Məlumatda diqqətə çatdırılır ki, son aylar Misir sərhədindən İsrailə PUA-larla silah-sursat, habelə narkotik keçirilməsi cəhdləri artıb. Eyni zamanda, İsraildən Qəzza zolağına da oxşar üsulla silah-sursat ötürülməsi halları qeydə alınır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Misir   qaçaqmalçılıq  





Xəbər lenti