Putinin xüsusi elçisinin bacısı Ukraynada olubmuş

   Putinin xüsusi elçisinin bacısı Ukraynada olubmuş
  29 Aprel 2025    Oxunub:291
Ukrayna üzrə danışqılarda Rusiya tərəfindən iştirak edən Kirill Dmitriyevin bacısı Natalya Dmitriyeva 2025-ci ilin fevralında Amerika pasportu ilə Ukraynaya səfər edib.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən amerikalı jurnalist Keti Livinqston “X” sosial şəbəkəsində belə məlumat yayıb. Xanım Livinqstonun sözlərinə görə, Natalyanın Ukraynaya səfəri faktı çoxsaylı mənbələr tərəfindən təsdiqlənib.

“Sərhəd qeydlərinə görə, Natalya Dmitriyeva Ukraynaya fevralın 8-də gəlib və fevralın 12-də gedib. Bu, Rusiya və ABŞ arasında Ukraynadakı vəziyyətin potensial tənzimlənməsi ilə bağlı Səudiyyə Ərəbistanında baş tutmalı olan planlaşdırılmış danışıqlardan bir neçə gün əvvəl baş verib”, - məlumatda bildirilir.

Mənbələrdən birinin dediyinə görə, Natalya Dmitriyeva 2022-ci ilin əvvəlində, Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi başlayandan sonra anası ilə birlikdə Ukraynanı tərk edərək ABŞ-yə gedib. Lakin onun Ukraynaya səfərinin məqsədi məlum deyil.

- Köhnə qeydlər göstərir ki, həm Natalya, həm də onun anası Tamara Şevçenko əvvəllər Ukrayna pasportlarına sahib olublar və son illərdə Amerika pasportları ilə Ukraynaya gediblər. Natalya və Tamaranın Amerika pasportlarını haradan aldıqları və hazırda ABŞ-də yaşayıb-yaşamadıqları aydın deyil”, - amerikalı jurnalist Keti Livinqston vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Natalya   Kirillova   Ukrayna  





Xəbər lenti