TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.
Yekunda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası, dəstəklənməsi daxildir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində TMİF-in fəaliyyətində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.
AzVision.az