Türkiyədə FETÖ əməliyyatı: 169 nəfər saxlanılıb

   Türkiyədə FETÖ əməliyyatı: 169 nəfər saxlanılıb
  30 Aprel 2025    Oxunub:265
Türkiyənin ümumilikdə 42 vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 169 nəfər yaxalanıb.
Türkiyənin daxili işlər naziri Əli Yerliqayanın özünün "X" hesabında yaydığı məlumata görə, şübhəlilər müxtəlif peşə qruplarına sızmış şəxslərdir.

Əməliyyat çərçivəsində həmçinin FETÖ ilə əlaqəsi əvvəlcədən dəqiqləşdirilmiş və barələrində həbs qərarı çıxarılmış şəxslər də ələ keçiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   FETÖ   əməliyyat  





Xəbər lenti