Xatırladaq ki, mayın 1-nə keçən gecə ABŞ və Ukrayna arasında Ukraynanın təbii sərvətlərinin hasilatı barədə saziş imzalanıb. Məlumatı Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko da təsdiqləyib. ABŞ-nin Maliyyə naziri Skott Bessent bildirib ki, Kiyev son anda faydalı qazıntılar üzrə Ukrayna-Amerika sazişinin dəyişdirilməsini istəyib.
![]() |
ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb |
Bundan əvvəl Böyük Britaniyanın “Financial Times (FT)” qəzeti Ukrayna ilə ABŞ arasında son anda yeraltı sərvətlər üzrə sazişlə bağlı fikir ayrılıqlarının yarandığını və onun imzalanmasının uğursuzluğa düçar ola biləcəyini yazmışdı.
Ukrayna hökumətindəki mənbələr qəzetə bildiriblər ki, Vaşinqton yaradılmaqda olan investisiya fonduna dair əlavə çərçivə sazişinin də imzalanmasında israrlıdır. Lakin Ukrayna bunu əvəvlcə Ali Rada ratifikasiya edilməlidir. Bunun qarşılığında Bessentin Ukrayna nümayəndə heyətinə bütün sənədləri imzalamağı “ya da evə getməyi” təklif etdiyi bildirilirdi.
Sahil İsgəndərov
AzVision.az