Marafon: Küçələrdə hərəkət məhdudlaşdırılacaq

 Marafon:  Küçələrdə hərəkət məhdudlaşdırılacaq
  03 May 2025    Oxunub:835
"Bakı Marafonu-2025" ilə əlaqədar sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.
Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AzVision.az -a verilən məlumata görə, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi, yəni Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq meydanına finiş nəzərdə tutulub.

Bildirilib ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə mayın 4-ü saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.


Teqlər: marafon   küçələr  





Xəbər lenti