İlham Əliyev polyak həmkarını təbrik edib

   İlham Əliyev polyak həmkarını təbrik edib
  03 May 2025    Oxunub:739
Azərbaycan Prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Dudaya təbrik məktubu göndərib.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: Prezident   Polşa   təbrik  





Xəbər lenti