ABŞ Suriyanın neft yataqlarından imtina edir? - VİDEO

   ABŞ Suriyanın neft yataqlarından imtina edir?  - VİDEO
  03 May 2025    Oxunub:589
Suriyanın şərqindəki neft yataqlarının yerləşdiyi ərazidən Amerika öz qoşunlarını çıxarır.
AzVision.az “Al Arabiya” telekanalına istinadən vəbər verir ki, ABŞ ordusu Deyr əz-Zor əyalətindəki Əl-Ömər və Konoko yataqlarının yerləşdiyi ərazidən qoşunları çıxarmaq üçün İraq Kürdüstanından onlarla yük maşınından istifadə edib.

“Yük maşınları hərbi texnika, avadanlıq, ağır silahlar daşıyıb və onları Beynəlxalq Koalisiyanın Mülki Məsələlər Direktorluğu müşayiət edib”, - məlumatda deyilir.

Qeyd edək ki, qoşunların çıxarıldığı Əl-Ömər və Konoko poliqonları ABŞ-nin Suriyanın şərqindəki ən böyük bazalarındandır. Hazırda Əl-Ömər bazasında cəmi 50 ABŞ əsgər və zabiti qalıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Suriya   neft  





Xəbər lenti