Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

   Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək
  03 May 2025    Oxunub:597
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edir.
AzVision.az xəbər verir ki, TADİV-in rəhbəri, professor Aygün Attar mayın 5-də Vəqfin Ankaranın Oran rayonunda yerləşən “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçiriləcək. Müzakirələrdə türk ölkələrinin səfirlikləri, eləcə də
Türkiyə Xarici İşlər nazirliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mayın 10-da isə Türkiyənin paytaxtı Ankaradakı Altındağ Gənclər Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman turniri keçiriləcək.

Nəhayət, gələn bazar günü, mayın 11-də Ankarada Azərbaycan xalqının Ümummilli Liderinin doğum gününə həsr olunmuş bilik yarışı təşkil ediləcək.

AzVision.az




Teqlər: UluÖndər   Türkiyə   tədbirlər  





Xəbər lenti