Birincilər üçün məktəb və müəllim seçiminin vaxtı açıqlandı

   Birincilər üçün məktəb və müəllim seçiminin vaxtı açıqlandı
  05 May 2025    Oxunub:410
Birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, 2025–2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilmişdi.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may 2025-ci il saat 15:00-da aktivləşəcək.

Məlumatda qeyd edilib ki, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may 2025-ci il saat 11:00-da start veriləcək.

Agentlik valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələrini xahiş edir.

AzVision.az



Teqlər:





Xəbər lenti