“Mən bunu istisna etmirəm, bunu edəcəyimi demirəm. Amma bu halda heç nəyi də istisna etmirəm. Beynəlxalq təhlükəsizlik kontekstində Vaşinqtonun Qrenlandiyaya son dərəcə ehtiyacı var. Ada ABŞ-nin nəzarətinə keçərsə, hakimiyyət onun kiçik əhalisinə dəstək və qayğı göstərəcək”, - Amerika lideri jurnalistin Qrenlandiyanı ilhaq edərkən güc tətbiqinin mümkünlüyü ilə bağlı sualının cavabında deyib.
|
| Tramp: "ABŞ İrana desant çıxara bilər" |
- ABŞ Qrenlandiyanı almayacaq. Biz heç kimə məxsus deyilik. Biz gələcəyimizi özümüz müəyyən edirik. Biz Amerika prezidentinə Qrenlandiyanın bizim olduğunu aydın, dəqiq və sakit şəkildə göstərməliyik”, - baş nazir yazıb.
Daha əvvəl isə, Donald Tramp milli və beynəlxalq təhlükəsizlik baxımından ABŞ-nin Qrenlandiya üzərində nəzarətin yaradılmasında son dərəcə maraqlı olduğunu iddia etmişdi. O, bu prosesin dinc yolla gedə biləcəyini, lakin digər ssenariləri də istisna etmədiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


