İrandan 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb
  05 May 2025    Oxunub:405
İrandan Azərbaycana 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində may ayının 1-də 16 kiloqram 550 qram, may ayının 2-də isə 8 kiloqram 118 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti