Yusif Ələkbərov "Ecto"dakı səhmlərini geri çəkib

   Yusif Ələkbərov "Ecto"dakı səhmlərini geri çəkib
  06 May 2025    Oxunub:406
Rusiyanın azərbaycanlı milyarderi, "Lukoil" neft şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Ecto" investisiya holdinqindəki 62 milyard həcmində kapitalını geri çəkib.
Bu barədə Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində məlumat verilib. Bildirilib ki, keçən aydan bəri sözügedən holdinq bu ilin martında yaradılmış "YUVS" şəxsi fondunun idarəsindədir. 2019-cu ildən holdinqin rəhbəri vəzifəsində çalışan Konstantin Sanin həm də bu fondun meneceridir. Rusiyanın yerli mətbuatı xəbərlə əlaqədar Saninlə əlaqə saxlasa da, o, cavab verməyib. Eyni zamanda, "Ecto" holdinqindən də məsələyə dair hər hansı şərh verilməyib.

Yerli mətbuat yazır ki, Yusif Ələkbərovun holdinqdən çəkdiyi kapital "YUVS" fonduna köçürülüb. Hüquqşünasların fikrincə, bu addım sanksiyalar riskini azaltmaq və vergi güzəştləri almaq üçün atılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Lukoil   Ecto   kapital  





Xəbər lenti