Komitə sədri beynəlxalq Vesak günü şurasının prezidenti ilə görüş keçirib

Komitə sədri beynəlxalq Vesak günü şurasının prezidenti ilə görüş keçirib
  06 May 2025    Oxunub:315
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 6-da Vyetnama səfəri çərçivəsində Beynəlxalq Vesak Günü Şurasının prezidenti Prah Brahmapundit ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlıq mühitinin möhkəmləndirildiyi, bu sahənin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, dini icmaların sülh və həmrəylik şəraitində birgə yaşadığı Azərbaycan dini, irqi zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir. Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış mühiti ölkəmizdə multikulturalizmin ictimai əsasını təşkil edir.



R.Məmmədov Dövlət Komitəsinin dini konfessiyalarla qarşılıqlı əməkdaşlığın inkişafı, dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətindəki gördüyü işlər barədə məlumat verib.

Görüşdə, eyni zamanda dünya miqyasında dinlərin mahiyyətinin və humanist dəyərlərinin insanlara doğru şəkildə çatdırılması, müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsinin önəmi vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti