“Kiyevin Svyatoşinski, Solomenski, Şevçenkovski və Dneprovski rayonlarında dağıntılar qeydə alınıb. Svyatoşinski rayonunda PUA-ların qalıqları doqquz mərtəbəli yaşayış binasına çırpılıb, yuxarı mərtəbələrdəki mənzillər yanıb. Solomenski rayonunda dron qalıqları açıq əraziyə düşüb. Dneprovski rayonunda da PUA-nın çoxmərtəbəli yaşayış binasının üzərinə düşməsi nəticəsində 29 və 30-cu mərtəbələrin tavanlarını qismən dağıdıb”, - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, Ukrayna paytaxtına gecə ərzində hava hücumu zamanı bir ballistik raket (“Hədəf”) və Rusiyaya məxsus 28 PUA aşkar edilib.
Bu gecə rus qoşunlarının həmçinin Zaporojyeyə və bölgənin bir neçə yaşayış məntəqəsinə hücumu nəticəsində dörd nəfər yaralanıb və bir fərdi ev dağıdılıb. 7 çoxmərtəbəli binaya və 14 fərdi evə, habelə infrastruktur obyektlərinə ziyan dəyib.
Rusiyanın Kiyev də daxil olmaqla respublikanın ərazisinə endirdiyi zərbələri tənqid edən Ukraynanın Xarici İşlər naziri Moskvanın bununla ABŞ-nin sülh səylərini “lağa qoyduğunu” bildirib.
- Rusiya bununla da Ukraynanın 30 gün və ya daha çox müddətə atəşkəs haqqında qeyd-şərtsiz təklifinə cavab verir və eyni zamanda Vaşinqtonun sülh təşəbbüslərini ələ salır. Qələbə Gününün Rusiyanın yanında qeyd edilməsi yolverilməzdir”, - Sibiqa “X” sosial şəbəkəsində etdiyi bu paylaşımda Rusiyaya təzyiqi artırmağa çağırıb.
Sahil İsgəndərov
AzVision.az