Bayden: “Tramp Putini razı salmaqla məşğuldur” - VİDEO

      Bayden:    “Tramp Putini razı salmaqla məşğuldur”  - VİDEO
  07 May 2025    Oxunub:600
Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinə yanaşmasını kəskin tənqid edən ABŞ-nin keçmiş prezidenti Co Bayden bunu “müasir sakitləşdirmə siyasəti” adlandırıb.
AzVision.az xəbər verir ki, “BBC” telekorporasiyasına müsahibəsində Co Bayden belə strategiyanın Avropa ölkələrinə Moskvaya təslim olması zərurətinə dair siqnal verə biləcəyindən narahatlığını ifadə edib.

Onun sözlərinə görə, prezident kimi fəaliyyətə başlayan Donald Tramp Ukraynaya sülhə nail olmaq üçün ərazisinin bir hissəsini Rusiyaya vermək imkanını nəzərdən keçirməyi təklif edib. Bunu zəiflik əlaməti kimi qiymətləndirən ABŞ-nin keçmiş prezidenti bu cür yanaşmanın təhlükəli olduğunu vurğulayıb.

“Putin Ukraynada dayanmayacaq. O, Ukraynanaı “Ana Rusiya”nın bir hissəsi hesab edir, tarixi hüquqlarına inanır və Sovet İttifaqının dağılması ilə barışa bilmir. Putinin dayanacağını düşünən hər kəs axmaqdır”, - Co Bayden iddia edib.

Yuxudan ayılan Bayden “bu oğlanı” tənqid etdi - VİDEO
Amerikanın sabiq lideri, həmçinin bildirib ki, onun administrasiyası Ukraynanı müstəqilliyinin müdafiəsi üçün Kiyevə lazım olan hər şeyi verib, lakin eyni zamanda nüvə silahından istifadə ilə bağlı münaqişədən qaçmağa çalışıb: “Biz III Dünya müharibəsindən qaçdıq”.

Xatırladaq ki, vəzifədən getdikdən sonar ilk dəfə bu aprelin 15-də Çikaqoda sosial təminatın qorunmasına həsr olunmuş konfransda çıxış edən Co Bayden xələfi Donald Trampı miqrantlarla bağlı tədbirlərə və hökumət işçilərinin sayında kütləvi ixtisarlara görə tənqid atəşinə tutub.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bayden   Tramp   tənqid  





Xəbər lenti