Almaniya və Fransa hərbi ittifaq yaradır - VİDEO

“Biz ümumi strateji təhdidlərimizə operativ cavab tədbirləri hazırlamaq üçün müntəzəm toplaşacaq Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurası yaradacağıq”, - Emmanuel Makron deyib.
Fridrix Merts, öz növbəsində, bildirib ki, Avropa İttifaqının (Aİ) bütün üzvləri birliyin potensialındakı boşluqları doldurmaq və Ukraynaya fasiləsiz dəstəyi təmin etmək üçün müdafiə xərclərini artırmalıdır.
- Yalnız bu yolla biz potensialımızdakı boşluqları tədricən aradan qaldıra və Ukraynanı kollektiv şəkildə dəstəkləyə bilərik”, - Almaniyanın yeni kansleri vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Almaniya Fransa ittifaq