Avropa Türkiyəyə imtina edib

   Avropa Türkiyəyə imtina edib
  08 May 2025    Oxunub:339
Türkiyə cəmiyyətinin mühüm hissəsinin demokratik və avropapərəst istəklərinə baxmayaraq, Türkiyənin Aİ-yə üzvlük prosesi indiki şəraitdə bərpa oluna bilməz.
AzVision.az xəbər verir ki, Avropa Parlamentinin (A P) qəbul etdiyi bu məzmunlu bəyanatını 367 deputat dəstəkləyib. 74 avrparlamentari onun əleyhinə çıxıb, 188 deputat isə bitərəf qalıb.

“AP-nin üzvləri Türkiyədə demokratik standartların davam edən pisləşməsindən və tənqidi səslərin amansızcasına yatırılmasından dərin narahatdırlar. Onlar son dinc kütləvi etirazlara qarşı sərt hərəkətləri və hər hansı cinayət əməli sübutu olmadan tələsik kütləvi məhkəmələr vasitəsilə yüzlərlə etirazçının təqib edilməsini pisləyirlər”, - AP-nin plenar iclasında keçirilən debatların yekunlarına dair kommünikesində bildirilir.

Hesabata görə, Türkiyə hökuməti Avropa İttifaqına (Aİ) üzvlük prosesində zəruri olan “fundamental demokratik çatışmazlıqları aradan qaldıra bilməyib” və hakimiyyət “ölkəni tam avtoritar modelə doğru daha da irəli aparır”.

Sənəddə deyilir ki, Aİ-yə üzvlük demokratiya, qanunun aliliyi, insan haqları, azlıqlara hörmət və müdafiə, mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquqa hörmət və Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə riayət olunmasını təmin edən sabit institutlar kimi müəyyən üzvlük meyarlarına cavab verməklə şərtləndirilir.

- Bunlar mütləq meyarlardır. Aİ-yə üzvlük meyarları müzakirə olunmur”, - avroparlamentarilər iddia ediblər.

Ermənistan parlamenti Aİ-yə üzvlüyü dəstəklədi
AP Türkiyə hakimiyyətini, Aİ qurumlarını və üzv dövlətləri “iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi, terrorizmlə mübarizədə əməkdaşlıq və regional sabitliyə xüsusi diqqət yetirməklə daha yaxın, daha dinamik və strateji tərəfdaşlıq” istiqamətində işi davam etdirməyə çağırıb.

Maraqlıdır ki, Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı açıq-aşkar ərazi iddiaları yer alan, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdid yaradan “demokratik” Ermənistanın Aİ-yə qəbul edilməsi ilə bağlı AP də daxil olmaqla, bütün Avropa qurumları dəridən-qabıqdan çıxırlar. Bu baxımdan, böyük əksəriyyəti korrupsiyaya qurşanmış avropalı bürokratların avroparlamentarilərin Türkiyə ilə bağlı qəbul etdiyi qərarların qərəzli xarakter daşıması heç də təəccüblü deyil.

Xatırladaq ki, 1999-cu ilin dekabrında Avropa Şurası (AŞ) Türkiyəni Aİ üzvlüyünə namizəd ölkə kimi tanıyıb. 2005-ci ilin oktyabrında Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlanılıb. 2018-ci ildə AŞ bu danışıqların dayandırıldığını bəyan edib. Buna səbəb kimim danışıqların faktiki olaraq dalana dirəndiyi göstərilib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Avropa   Türliyə  





Xəbər lenti