Danışıqlar zamanı Azərbaycan ilə Çili arasında ikitərəfli siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlığın fəallaşdırılmasına qarşılıqlı maraq ifadə edilib.
Parlamentdə keçirilmiş görüşlər zamanı parlamentlərarası əməkdaşlığının ikitərəfli və çoxtərəfli platformalarda möhkəmləndirilməsinin vacibliyi qarşılıqlı olaraq bəyan edilib. Çilinin yüksək vəzifəli rəsmiləri ilə həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan normallaşma prosesinin indiki durumu və çağırışları barədə ətraflı və konstruktiv fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi diqqətə çatdırılıb. Həmçinin Çilinin minatəmizləmə sahəsində təcrübəsi xatırlanıb, işğaldan azad olunmuş ərazilərimizdə aparılmaqda olan minatəmizləmə işi çərçivəsində təcrübə mübadiləsinin və mümkün əməkdaşlığın həyata keçirilə biləcəyi qeyd olunub.
E.Əmirbəyov, həmçinin Çilinin aparıcı beyin mərkəzlərindən olan Müdafiə Nazirliyi nəzdində Siyasi və Strateji Araşdırmalar Milli Akademiyasının (ANEPE) və Xarici işlər Nazirliyinin “Andres Bello” Diplomatik Akademiyasının rəhbərliyi və elmi işçiləri ilə görüşüb, yerli KİV nümayəndələrinə müsahibə verib.
AzVision.az