Kiyev Moskvanın daha 1 milyard avrosunu alıb

Kiyev Moskvanın daha 1 milyard avrosunu alıb
  08 May 2025    Oxunub:305
Avropa İttifaqı (Aİ) Kiyevə Rusiyanın dondurulmuş aktivlərinin yerləşdirilməsindən əldə edilən 1 milyard avroluq yeni tranş göndərib.
AzVision.az xəbər verir ki, İqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis belə məlumat yayıb.

“45 milyard avroluq G7 proqramı çərçivəsində bu gün biz Rusiya aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya daha 1 milyard avro köçürdük”, - avrokomissar özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, 2025-ci ildə bu proqram çərçivəsində Ukraynaya yardımın ümumi məbləği artıq 6 milyard avroya çatıb. Avropa Komissiyası (AK) yaxın gələcəkdə bu dəstəyi 12 milyard avroya çatdırmağı planlaşdırır.

AK Avropa İttifaqının (Aİ) 2022-ci ildən bəri Ukraynaya dəstək üçün ümumilikdə 150 milyard avro xərclədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: AK   Ukrayna   tranş  





Xəbər lenti