Moskva məhkəməsi azərbaycanlıların Jirinovskiyə qarşı iddiasına baxır

Moskva məhkəməsi azərbaycanlıların Jirinovskiyə qarşı iddiasına baxır
  31 İyul 2014    Oxunub:987
Moskvanın Tver məhkəməsi hüquqşünas olan Məmmədovlar ailəsinin Rusiya Liberal-Demokratlar Partiyasının lideri Vladimir Jironovskiyə qarşı irəli sürdüyü iddiasına baxır.

AzVision.az-ın məlumatına görə, Məmmədovlar öz iddia ərizəsində Jirinovskinin Azərbaycan xalqının şərəf və layaqətini alçaldığını bildirirlər.

Məhkəmənin mətbuat katibi Yekaterina Korotovanın dediyinə görə, mülki işə baxış üçün məhkəməyə hazırlıq bu gün olacaq

Bundan əlavə, Məmmədovlar ailəsi Rusiya Dövlət Dumasının da məsuliyyətə cəlb olunmasını istəyir. Onların fikrincə, məhz Dumanın iclasında azərbaycanlılara qarşı qərəzli fikirlər səsləndirilib.

Sadiq və Elmira Məmmədova LDP liderini məhkəmə qərarından dərhal sonra Rusiya Dövlət Dumasının ən yaxın iclasında öz fikirlərini təkzib etməyi tələb edirlər. Millətin, xüsusilə onların ailəsinin şərəf və ləyaqətinin alçadılması ilə bağlı Məmmədovlar Jirinovskidən vurduğu zərər müqabilində 100 milyon rubl tələb edirlər. Onların tələbinə görə, parlamentin Aşağı Palatası Jirinovskini təkzibi verməyə məcbur etməlidir.

Eldar Tanrıverdiyev


.


Teqlər:  





Xəbər lenti