Türkiyədə bir neçə dəqiqə fasilə ilə iki zəlzələ oldu

 Türkiyədə bir neçə dəqiqə fasilə ilə iki zəlzələ oldu
  12 May 2025    Oxunub:460
Türkiyənin Amasya vilayətində 4,2 və 4,4 maqnitudalı iki zəlzələ olub.
Bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarəedilməsi Departamenti (AFAD) məlumat yayıb. Qeyd olunub ki, yerli vaxtla saat 12.23 və 12.26-da qeydə alınmış yeraltı təkanların episentri Gümüşhacıköy rayonunda yerləşib.

Zəlzələ ocağı təxminən 10 kilometr dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti