İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib
-1745759929.jpg)
Komissiyanın üzvləri isə daxili işlər nazirinin müavini, elm və təhsil nazirinin müavini, müdafiə nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi olmaqla təsdiqlənib.
Bundan başqa, Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Əsasnamədən Komissiyanın nəzdində daimi fəaliyyət göstərən katibliyin funksiyalarını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həyata keçirməsi ilə bağlı müddəa çıxarılıb.
AzVision.az
Teqlər: