Putin İrana gedəcək

   Putin İrana gedəcək
  12 May 2025    Oxunub:375
Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə İranın paytaxtı Tehran şəhərinə səfəri gözlənilir.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuata açıqlamasında söyləyib ki, hazırda səfərin dəqiq tarixi məlum deyil, ancaq rəsmi Tehran bu səfər üçün artıq hazırlıqlara başlayıb.

"Gözlənilən səfər hələlik planlaşdırma mərhələsindədir", - xanım sözçü deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi keçən ayın ortalarında Moskvada həmkarı Sergey Lavrovla, eləcə də Vladimir Putinlə keçirdiyi görüşlər əsnasında vurğulamışdı ki, Tehran Moskvada baş tutan danışıqların məntiqi davamı kimi Rusiya liderinin İrana gələcəyinə ümidvardır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   İran   prezident   səfər  





Xəbər lenti