Tərtərdə kişi gəlinini öldürüb

Tərtərdə kişi gəlinini öldürüb
  13 May 2025    Oxunub:417
Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti