Neftçalada 18 minlik naqil oğurlanıb

Neftçalada 18 minlik naqil oğurlanıb
  13 May 2025    Oxunub:422
Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Məlumatda bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.

Adıçəkilən şəxslərin rabitə dirəklərindən 18 min manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti