NATO üzvləri Türkiyəyə yığışırlar

   NATO üzvləri Türkiyəyə yığışırlar
  14 May 2025    Oxunub:440
Sabah Türkiyənin Antalya şəhərində NATO alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası başlayacaq.
Yerli mətbuatın məlumatına görə, ikigünlük iclasa 32 ölkədən nazir qoşulacaq. İclas Türkiyənin baş diplomatı Hakan Fidanın rəhbərliyində baş tutacaq. NATO-nun Baş katibi Mark Ruttenin də iclasda iştirakı gözlənilir.

Nazirlərin yığıncağında əsasən NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iyunun 24-25-də Niderlandın Haaqa şəhərində keçiriləcək sammitinə hazırlıq işləri və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: NATO   Türkiyə   nazirlər   iclas  





Xəbər lenti