İcra başçısının müavini işdən çıxıb

   İcra başçısının müavini işdən çıxıb
  14 May 2025    Oxunub:392
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü açıqlama verib.

"Səhhətimlə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişimlə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Yaxın dostlar, çevrəm bundan xəbərdardır. Hazırda ev şəraitində müalicə alıram. Bir neçə gündən sonra isə əməliyyat olunacam", deyə o, bildirib.

Qeyd edək ki, Ruslan Eldaroğlu 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. Tanınmış jurnalist "ANS TV" və "Avto FM" radiosunda bir sıra vəzifələrdə işləyib. O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti