Zelenski Ərdoğanla görüşəcək

   Zelenski Ərdoğanla görüşəcək
  15 May 2025    Oxunub:451
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək məqsədilə paytaxt Ankaraya yollanıb.
"Agence France-Presse" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, o məhz Türkiyə lideri ilə görüşün nəticəsində Rusiyanın nümayəndə heyəti ilə sülh danışıqlarına girib-girməyəcəyinə. hansı addımlar atacağına qərar verəcək.

Digər tərəfdən, "TASS" xəbər agentliyi bildirib ki, Moskvadan nümayəndə heyəti planlaşdırılan danışıqlar üçün artıq İstanbula gedib.
Vitkof və Kelloq İstanbula gedirlər

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi üzrə tədbirlərinin yekununda jurnalistlərə açıqlamasında rəsmi Kiyevə müraciətlə İstanbulda ilkin şərt qoyulmadan birbaşa danışıqlar təklifi irəli sürüb. O diqqətə çatdırıb ki, Türkiyə də mayın 15-də keçirilməsi nəzərdə tutulan bu danışıqların təşkilinə hazırdır. Eyni zamanda, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq da gözlənilən Rusiya-Ukrayna danışıqlarına qoşulacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   Türkiyə   ABŞ   danışıqlar  





Xəbər lenti