Xama konteynerindəki "inqilabçı"

// Gürcüstan parlamentinin spikeri: “Saakaşvili Ukrayna kəşfiyyatı göndərmişdi”

   Xama konteynerindəki "inqilabçı"
  15 May 2025    Oxunub:612
“2021-ci ildə bələdiyyə seçkilərinə 2 gün qalmış Mixail Saakaşvilini inqilab etmək məqsədilə Gürcüstana Ukrayna kəşfiyyatı göndərmişdi”. Bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
O bildirib ki, Ukraynanın hərbi kəşfiyyatı Saakaşvilini xama üçün nəzərdə tutulmuş konteynerdə gizli şəkildə Gürcüstana keçirib. Seçkiərin nəticələri açıqlanandan sonra onun atacağı addımların ssenarisi əvvəlcədən hazırlanmışdı.

Gürcüstana gizli gəlişindən bir neçə gün qabaq isə Saakaşvili xarici kəşfiyyatlardan birinin köməyilə Brüsselə gedərək, orada gizli görüşlər keçiribmiş.

Şalva Papuaşvili deyib ki, məhz bunlara görə Gürcüstanın xüsusi xidmət orqanları seçkiyə bir gün qalmış Saakaşvilini həbs etmişdilər.

Samir Quliyev
AzVision.az


Teqlər: Gürcüstan   Saakaşvili  





Xəbər lenti