Onun sözlərinə görə, əvvəlcə tərəflər razılaşmanın bəndlərini müzakirə etməli, işçi qruplar isə lazımi sənədləri hazırlamalıdırlar. Bundan sonra hər bir tərəf vahid formula hazırlamaq üçün kompromis axtarışında öz mövqeyini müdafiə edəcək.
“Bu titanik iş başa çatdıqdan sonra hər iki tərəfin parafladığı vahid sənəd əldə edilir. Belə sənəd dövlətlərin liderlərini onu imzalamağa dəvət etməyə və ya sadəcə minimal fikir ayrılıqları olan məqamlarla bağlı razılığa gəlməyə hazırlıq barədə siyasi iradənin olduğu deməkdir”, - rusiyalı diplomat vurğulayıb.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün “çox aydın mesaj” adlandırıb. O, Ankaraya gələndə Rusiyanın rəhbərinə “mesajı” olub-olmaması ilə bağlı suala belə cavab verib.
Sahil İsgəndərov
AzVision.az