HƏMAS Trampa ümidlidir - VİDEO

Onun sözlərinə görə, HƏMAS amerikalıları müharibənin dayandırılması və İsrail qoşunlarının bölgədən çıxarılması müqabilində “Qəzzada hakimiyyəti dərhal təhvil verməyə” hazır olduğunu bildirib.
“HƏMAS Misirin Qəzza zolağında “müstəqil, siyasi cəhətdən asılı olmayan Fələstin hökuməti qurmaq” təklifini qəbul edib. Ancaq nə qədər ki, biz işğal altında olan xalq kimi qalırıq, xalqımızı müdafiə etməyə və hər vasitə ilə işğala müqavimət göstərməyə tam haqqımız var”, - Basem Naim vurğulayıb.
Onun fikrincə, Donald Trampın “sülh yolu ilə nizamlanmaya nail olmaq üçün imkanı və iradəsi var” və onun etməli olduğu yeganə şey “dərhal israillilərə təzyiq göstərməkdir”.
- Biz regionda sülhə doğru irəliləmək məqsədinə nail olmaq üçün onunla əməkdaşlığa hazırıq”, - HƏMAS-ın Siyasi Bürosunun üzvü deyib.
Qeyd edək ki, dünən verdiyi açıqlamada HƏMAS hərəkatı Amerika pasportu olan girovu azad etdiyini, amerikalılardan bəzi vədlər aldığını və hər hansı mübadilə sövdələşməsindən əvvəl onların yerinə yetirilməsini gözlədiyini xatırladıb.
“Biz gözləyirik ki, Amerika tərəfi ilə əldə olunan razılaşmalara əsasən və vasitəçilərin məlumatı ilə humanitar yardım dərhal Qəzzaya axmağa başlayacaq, daimi atəşkəs üçün çağırış olacaq və regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün bütün məsələlər üzrə hərtərəfli danışıqlar başlayacaq”, - bəyanatda bildirilir.
Lakin buna, xüsusən də humanitar yardımın idxalına nail olunmasa, bunun girovların mübadiləsi üzrə danışıqların yekunlaşdırılması istiqamətində istənilən səylərə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edilib.
Sahil İsgəndərov
AzVision.az