Eyni zamanda, Rusiya Qara Dəniz Donanmasının 126-cı xüsusi müdafiə briqadasının yerləşdiyi Perevalnoye kəndi ərazisində partlayışlar qeydə alınıb. “Krımskiy veter” telegam-kanalı ki, çoxlu sayda təcili yardım maşınları Simferopoldan Yalta şossesi ilə Perevalnoye istiqamətində hərəkət edib.
“Ərazidə partlayışlar müşahidə edilib və hərbi obyektlərin üzərinə qatı tüstü qalxıb. 126-cı briqada hərbi bazasının ərazisində silah-sursat anbarında yanğın baş verib və bu, uzunmüddətli partlamaya səbəb olub”, - yerli əhali bildirib.
Bununla yanaşı, Sevastopol da hücuma məruz qalıb. Yerli sakinlər şəhərdə, xüsusən də Rusiya qüvvələrinin təyyarələri yerləşdirmək üçün istifadə etdiyi Belbek və Kaça hərbi aerodromları yaxınlığında yeni partlayışlar olduğunu açıqlayıblar.
Krımda hərbi obyektlərə zərbələrin endirilməsini təsdiqləyən “ATEŞ” hərəkatının məlumatına görə, Perevalnoyedə təkcə silah-sursat anbarlarına deyil, həm də hərbi texnikanın olduğu anqarlara da ziyan dəyib.
- Anbarda xidmət edən rus hərbçilərinin həlak olması ilə bağlı məlumat var”, - xəbərdə deyilir.
Rusiya tərəfinin verdiyi açıqlamada bu HHM sistemlərinin Qara Dəniz üzərində 43, Krım yarımadası səmasında 21 və Belqorod vilayəti üzərində isə 1 Ukrayna PUA-sını məhv etdiyi vurğulanır.
— Newsfeed (@Newsfeed883920) May 16, 2025
Sahil İsgəndərov
AzVision.az