“İmişli PFK” Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

 “İmişli PFK”  Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb
  16 May 2025    Oxunub:332
Heydər Əliyev adına İmişli şəhər stadionunda Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyununda “İmişli PFK” doğma meydanda “Baku Sporting” futbol klubu ilə üz-üzə gəlib.
AzVision.az xəbər verir ki, oyun öncəsi çıxış edən rəsmilər ölkədə idmanın inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində ölkədə güclü idman infrastrukturu formalaşıb. Bu siyasətin həm paytaxtda, həm də regionlarda idmanın inkişafına geniş imkanlar açdığı bildirilib.

Azarkeş dəstəyi və yüksək idman əhvali-ruhiyyəsi ilə yaddaqalan yarış 0:0 hesabı ilə bitib.

“İmişli PFK” FK 2024/25 mövsümündə Azərbaycan Birinci Divizionunda uğurlu çıxışı ilə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti