Kim Çen In: “Müharibəyə hazır olmaq lazımdır”

      Kim Çen In:    “Müharibəyə hazır olmaq lazımdır”
  17 May 2025    Oxunub:277
Şimali Koreyanın lideri Kim Çen In ölkə ordusunu müharibəyə hazır olmağa çağırıb.
AzVision.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin bu barədə yaydığı məlumatda prezident Kim Çen Inın Koreya Xalq Ordusunun Birinci Qvardiya Hərbi Hava qüvvələri (HHQ) diviziyasının aviasiya alayında olduğu bildirilir.

Kim Çen In orada Şimali Koreya Hərbi Hava qüvvələrinin aviasiya bölmələrinin döyüş təlimlərinə rəhbərlik edib.

Təlimlər zamanı Şimali Koreya hərbçiləri hava hücumundan müdafiə (HHM) missiyalarının yerinə yetirilməsi üzrə aviasiya eskadrilyaları, zenit-raket bölmələri, radar və elektron döyüş bölmələrinin bacarıqlarını məşq ediblər. Onlar həmçinin qanadlı raketlərin və kamikadze hücum dronlarının məhvini də məşq ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: KXDR   müharibə   hazırlıq  





Xəbər lenti