DSX-də kadr islahatları olub

DSX-də kadr islahatları olub
  17 May 2025    Oxunub:316
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəis əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.
AzVision.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Məlumata görə, Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.

Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.

Əldə etdiyimiz məlumata görə, Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti