Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı seçilib

   Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı seçilib
  18 May 2025    Oxunub:311
SSRİ yığmasının və Moskva “Dinamo”sunun sabiq qapıçısı Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı adına layiq görülüb.
AzVision.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hazırladığı siyahıda öz əksini tapıb.

Siyahıda futbol tarixinin ən yaxşı 10 qapıçısı belə sıralanıb:

Lev Yaşin

Janluici Buffon

Manuel Noyer

İker Kasilyas

Qordon Banks

Petr Çex

Dino Zoff

Sepp Mayyer

Rikardo Zamora

Oliver Kan

Qeyd edək ki, Lev Yaşin bütün peşəkar futbolçu karyerasını Moskva “Dinamo”sunda keçirib. O, 1963-cü ildə “Qızıl Top” mükafatına layiq görülüb. Ulduz qapıçı öz oyun tərzi ilə qapıçı mövqeyində bir sıra texnikaların müəyyənləşdirilməsi üçün yeni standartlar qoyub.

AzVision.az



Teqlər:





Xəbər lenti