Britaniya üç iranlını terrora yardıma görə həbs edib

Britaniya üç iranlını terrora yardıma görə həbs edib
  17 May 2025    Oxunub:203
Böyük Britaniya polisi terrorla mübarizə üzrə geniş araşdırmada üç İran vətəndaşını cinayətlərə görə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Polisin bəyanatına görə, Mostafa Sepahvand, Fərhad Cavadi Manesh və Şapur Kalehali Hani Nuri 14 avqust 2024-cü il və 16 fevral 2025-ci il tarixləri arasında xarici kəşfiyyat xidmətinə yardım etməkdə ittiham olunurlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi İran vətəndaşlarının Britaniya hakimiyyəti tərəfindən saxlanılması ilə bağlı xəbərlərdən narahatlığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti