Roma Papası Ukrayna nümayəndə heyətini qəbul edib

Roma Papası Ukrayna nümayəndə heyətini qəbul edib
  18 May 2025    Oxunub:250
Roma Papası XIV Leo taxtdan sonra Ukrayna nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən xəbər verir.

Məlumata görə, XIV Leo Vatikanın ədalətli sülhə nail olmaq üçün Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar üçün meydan olmağa hazır olduğunu bildirib.

"İnaqurasiya mərasimi başa çatdıqdan sonra Papa XIV Leo ilə görüşdük. Audensiya üçün müqəddəsliyinə minnətdarıq", - Zelenski qeyd edib.

O, həmçinin qeyd edib ki, pontifik dünyada milyonlarla insan üçün sülh ümidinin simvoludur.

"Həm müqəddəs taxtın nüfuzu, həm də səsi bu müharibənin başa çatmasında mühüm rol oynaya bilər. Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar üçün meydan olmağa hazır olduğunuz üçün Vatikana təşəkkür edirəm", - Zelenski vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna real nəticələr naminə istənilən formatda dialoqa hazırdır.

"Ukraynaya dəstəyiniz, ədalətli və uzunmüddətli sülhün müdafiəsi üçün aydın səsinizə görə təşəkkür edirəm", - Zelenski fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, bu gün, mayın 18-də Papa XIV Leo rəsmi olaraq Müqəddəs taxta çıxıb. Mərasim Vatikanda baş tutub və 250 mindən çox insan iştirak edib. Mərasimə 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Papa XIV Leo çıxışında Ukraynadan bəhs edib. O qeyd edib ki, ölkəni sülh danışıqları gözləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti