Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

   Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı    xəbərdarlıq    verilib
  18 May 2025    Oxunub:297
Milli Hidrometeorologiya Xidməti mayın 19-u gündüzdən 20-si səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
AzVision.az xəbər verir ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab, Ucar, Saatlı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, Qusar, Quba, İsmayıllı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara və Naxçıvan Muxtar Respublikasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Tovuz, Samux, Ağstafa, Daşkəsən, Gəncə, Şəmkir, Mingəçevir, Naftalan, Goranboy, Qobustan, Neftçala, Hacıqabul və Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti