Teymur Rəcəbov Moskvada beynəlxalq turnirdə iştirak edəcək

Teymur Rəcəbov Moskvada beynəlxalq turnirdə iştirak edəcək
  18 May 2025    Oxunub:256
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov iyunun 25-dən 30-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək sürətli şahmat üzrə beynəlxalq turnirdə iştirak edəcək.
AzVision.az xəbər verir ki, “Chess Stars 5.0” adlı turnirdə bir sıra tanınmış şahmatçılar mübarizə aparacaq.

Rəcəbovla yanaşı, turnirdə rusiyalı qrossmeysterlər Sergey Karyakin, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno və Valentina Qunina da iştirak edəcəklər.

Yarışda həmçinin İran təmsilçisi Amin Tabatabaei, Hindistandan Raunak Sadhvani, Çindən Hou Yifan və Qazaxıstandan Bibisara Asaubayeva da yer alacaqlar.

Qeyd edək ki, turnirin mükafat fondu 15 milyon rubldur (təxminən 315 min manat).

AzVision.az



Teqlər:





Xəbər lenti