Zelenski Tramp-Putin danışıqları ərəfəsində həyəcan keçirir

   Zelenski Tramp-Putin danışıqları ərəfəsində həyəcan keçirir
  19 May 2025    Oxunub:418
Ukrayna prezidenti Volodimir Zelenski və onun yaxın ətrafı Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında mümkün razılaşmalardan narahatdır.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” nəşrinin yazdığına görə, Zelenski və onun əsas köməkçiləri Putinlə Trampın sabahkı telefon danışığından sonra Ukraynanı onun qəbul edə bilməyəcəyi fakt qarşısaında qoymayacaqlarına əmin olmaq istəyirlər.

Həssas diplomatik söhbətləri müzakirə etmək üçün adının açıqlanmasını istəməyən amerikalı diplomat qəzetə belə məlumat ötürüb.

Xatırladaq ki, mayın 17-də Tramp Putin və Zelenski ilə telefon danışıqları aparmaq niyyətində olduğunu açıqlayıb. Məhz bu təmasların Ukraynada atəşkəsə nail olunmasına kömək götərəcəyinə ümid edən Donald Tramp telefon danışıqlarını bu gün həyata keçirməyi nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   həyəcan  





Xəbər lenti