"Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir

"Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir
  19 May 2025    Oxunub:347
Azərbaycan-İran sərhədində yerləşən “Astara” gömrük postunda 82 avtomobil gözləyir.
AzVision.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, “Qırmızı Körpü” gömrük postunda 50, Biləsuvar gömrük postunda 74, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 60 yük maşını var.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

AzVision.az


Teqlər:





Xəbər lenti