Azərbaycana 174 ölkədən 735,8 min turist gəlib

   Azərbaycana 174 ölkədən 735,8 min turist gəlib
  19 May 2025    Oxunub:366
Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 24,2 %-i Rusiya Federasiyası, 18 %-i Türkiyə, 11 %-i Hindistan, 9 %-i İran, 4,7 %-i Gürcüstan, 3,6 %-i Qazaxıstan, 2,9 %-i Pakistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9 %-i İsrail, hər birindən 1,8 % olmaqla Özbəkistan və Çin, 1,5 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, 1,1 %-i Küveyt, 1 %-i Belarus, 11,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,2 %-ini kişilər, 29,8 %-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 %, Hindistandan - 32,9 %, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dan - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10,0 faiz artmışdır.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243,0 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.


AzVision.az


Teqlər:





Xəbər lenti