Hindistanda sürüşmə: 41 ölü

Hindistanda sürüşmə: 41 ölü
  01 Avqust 2014    Oxunub:986
Hindistanda baş berən yer sürüşməsi nəticəsində 41 nəfər ölüb.
Maharaştra ştatında baş verən təbii fəlakətdə 100-dən çox ev dağılıb. Xilasedicilər 9 nəfəri xilas ediblər.

Verilən rəsmi açıqlamada bildirilir ki, daha 100 nəfərin torpaq altında qaldığı ehtimal olunur.

Pune rayonunda baş verən yer sürüşməsinə səbəb kimi intensiv yağan yağış göstərilir.

Hindistan höküməti bölgəyə 300 xilasedici cəlb edib. Sürüşməyə yaxın ərazilərdə yaşayanların təxliyyə edilməsinə göstəriş verilib.

Xilasetmə işlərinə Hindistanın daxili işlər naziri Radzhnata Sing rəhbərlik edir.(anspress)


Teqlər:  





Xəbər lenti