Sumqayıtda 5.2 min abonentin qaz təchizatı dayandırılıb

Sumqayıtda 5.2 min abonentin qaz təchizatı dayandırılıb
  19 May 2025    Oxunub:479
Sumqayıt şəhərinin bir neçə məhəlləsində orta təzyiqli yeraltı qaz xətlərində sızmaların aradan qaldırılması məqsədilə qaz təchizatı dayandırılıb.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Bildirilib ki, 4, 5, 16, 17, 18, 19, 20, 21 və 34-cü məhəllələri əhatə edən 5 min 200 abonentin qaz təchizatı 159 millimetrlik qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar olaraq müvəqqəti olaraq dayandırılıb.

Qaz təchizatının bərpası işlərin tamamlanmasından dərhal sonra həyata keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti