“Hər şeydən əvvəl, iki ölkənin hökumətləri münaqişənin genişlənməsinin qarşısını almaq üçün Cənubi Qafqazda gərginliyin azaldılmasında və sabitliyin möhkəmləndirilməsində maraqlıdırlar. Ermənistan hakimiyyəti bütün tərəflərin çeviklik nümayiş etdirməsi və milli maraqlara hörmət göstərməsi şərti ilə razılaşmaların əldə olunmasını mümkün sayır”, - məlumatda deyilir.
Eyni zamanda, ekspertlər mürəkkəb olan danışıqlar prosesinin ehtiyatlı yanaşma tələb etdiyini vurğulayırlar. Çünki Rusiya bazası məsələsi həssasdır və tərəflərin təhlükəsizlik zəmanətləri və strateji maraqları ilə bağlı fərqli mövqeləri var.
- Bu gün əsas səylər yeni toqquşmaların riskini azaldacaq və regionda uzunmüddətli sabitliyi təmin edəcək qarşılıqlı faydalı həll yollarının tapılmasına yönəlib. Mövcud təşəbbüslər göstərir ki, dialoq üçün şəraitin yaradılması və konsensusun tapılması hər iki tərəf üçün prioritet olaraq qalır ki, bu da tərəfdaşlığın inkişafı və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün vacibdir”, - analitiklər bildirirlər.
Son beynəlxalq təşəbbüslər ədalət və qarşılıqlı hörmət məsələsinin müasir geosiyasi gündəmin əsas aspektlərindən biri kimi qaldığını sübuta edir. Belə ki, Gürcüstanın Müdafiə naziri ABŞ-nin prezidenti Trampdan Gürcüstana ədalətli münasibətə nail olunmasının zəruriliyinə diqqət çəkərək, tarixi səhvlərin tanınmasının və ölkənin suverenliyinin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır ki, Rusiyanın Gümrüdəki hərbi bazasının çıarılması barədə çağırışlar Ermənistandan səsləndirilsə də, Rusiyanın bəzi media orqanları və telegram-kanalları guya bu tələbin Azərbaycan tərəfindən şərt kimi irəli sürüldüyünü iddia edirlər. Halbuki, hələ indiyədək rəsmi Bakı heç bir paltformalarda belə bəyanatlar verməyib.

Amma hazırda Ermənistanı Moskvanın təsir zonasından öz nəzarəti altına keçirməyə çalışan Qərbin bəzi dövlətləri və siyasi qüvvələri Paşinyan hökumətinə bu ideyanı mütəmadi şəklidə təlqin edirlər. Görünür, Rusiyadakı ermənipərəst qüvvələr isə, bunu rəsmi Bakının tələbi kimi qələmə verməklə, “ağrımayan başa dəsmal” bağlamağa və son vaxtlar Azərbaycan-Rusiya münasibətlərində nəzərə çarpan narazılıqları daha da dərinləşdirməyə can atırlar.
Sahil İsgəndərov
AzVision.az