Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb

   Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
  19 May 2025    Oxunub:327
Zakir Həsənov İsrailə səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə “Times of Israel’ İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Azərbaycan və İsrail arasında müdafiə sahəsində əməkdaşlıq

Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.

Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür

İsrail müdafiə naziri HAMAS-ın 7 oktyabr hücumundan sonra dəstəyə, eləcə də, İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.

Azərbaycanıın "Eurovision"da İsrailə 12 xal verməsi

Katz Azərbaycanıın "Eurovision" yarışmasında İsrailə 12 xal verməsini iki hökumət və xalq arasında əsl dostluq əlaməti adlandırıb.

AzVision.az




Teqlər:





Xəbər lenti