Azərbaycan-Macarıstan oyununun biletləri satışa çıxarılıb

Azərbaycan-Macarıstan oyununun biletləri satışa çıxarılıb
  19 May 2025    Oxunub:295
Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
AzVision.az xəbər verir ki, biletlər azarkeşlər üçün üç qiymətə təklif olunur.

1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.

Qarşılaşmanı izləmək istəyənlər biletləri iTicket.az satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, görüş iyunun 10-da, saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.

AzVision.az





Teqlər:





Xəbər lenti